Modern.az

Bu gün 18 mindən çox ağac əkilib

Bu gün 18 mindən çox ağac əkilib

Aktual

30 Mart 2023, 18:14

Bu gün meşə fondu torpaqlarında 18 mindən çox ağac əkilib.

 

Bunu Modern.az-a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov deyib.

 

Onun sözlərinə görə, respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri və yeni meşə əkinləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, eləcə də Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, İsmayıllı və Qobustan rayonlarında keçirilib, meşə fondu torpaqlarında 5300 ədəd müxtəlif növ ağac tingi əkilib".

 

C.Qəribov həmçinin bildirib ki, meşəbərpa tədbirləri və meşə əkinləri, eyni zamanda Zaqatala, Şəki, Şamaxı və Tovuz rayonlarının meşə fondu torpaqlarında da aparılıb: "Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 18 130 ədəd müxtəlif növ ağac tingi əkilib".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı