Modern.az

Xətaidə açılışı ləngiyən parka Prezidentin də gəlişi gözlənilir

Xətaidə açılışı ləngiyən parka Prezidentin də gəlişi gözlənilir

Ölkə

21 İyul 2010, 12:34

Xətai rayonu ərazisindəki Hacı Zeynalabdin Tağıyev adına tikiş fabrikinin yaxınlığında yeni salınan park beş aydan çoxdur açılışa hazır olsa da, onu istifadəyə vermirlər. Əraziyə yaxın binaların sakinləri bu istilərdə dincəlmək üçün parka ehtiyac duyduqlarını, ancaq sözügedən parkın qırmızı lentlə əhatələndiyini və parka girişin qadağan edildiyini bildirirlər. Məsələ ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Xətai Rayon İcra Hakimiyyətinin təlimatçısı Həsən Rzayev saytımıza bildirib ki, Zığ yolu 32 ünvanda yerləşən həmin park avqust ayının axırlarında rayon ictimayətinin istifadəsinə veriləcək. H.Rzayev bildirib ki, parkın açılışında Prezident İlham Əliyevin də iştirakı gözlənilir və bu, rəsmi protokola da salınıb: “Parkın açılışında cənab Prezident də iştrak edəcək”. Hacı Zeynalabdin Tağıyev adına tikiş fabrikinin yaxınlığında salınan park 2 hektara yaxın ərazini əhatə edir. Parkda yaşıllaşdırma işləri aparılıb, uşaqlar üçün atraksionlar quraşdırılıb”. Mail Ağaxanov

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı