Modern.az

Qarabağ Azadlıq Təşkilatı şəhid gizirlə bağlı aksiyalar keçirib

Qarabağ Azadlıq Təşkilatı şəhid gizirlə bağlı aksiyalar keçirib

Ölkə

21 İyul 2010, 16:10

Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı ofisinin və Müdafiə Nazirliyinin qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları əvvəlcə BQXK nümayəndələrini fəaliyyətsizlikdə ittiham edərək Azərbaycan Ordusunun şəhid giziri Mübariz İbrahimovun meyitinin qaytarılmamasına etiraz edbilər. 
QAT üzvləri tələb ediblər ki, BQXK öz işini düzgün aparmadığı üçün fəaliyyətini dayandırmalı və ölkə ərazisini tərk etməlidir. Təşkilat üzvləri bu məqsədlə gətirdikləri zəncirlə komitənin qapısını bağlayıb və qıfılın açarını tullayıblar.

Daha sonra anoloji aksiya Müdafiə Nazirliyinin qarşısında baş tutub. QAT-çılar Müdafiə Nazirliyinin binası qarşısında “Qəhrəmanın cəsədini döyüşlə qaytarmalı!” və digər şüarlar səsləndiriliblər.

Müdafiə nazirinin müavini, polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxaraq nazirliyin bu istiqamətdə gördüyü işlər barədə məlumat veriblər.

Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. O, iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən şəhid olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı