Rusiyanın məşhur neft maqnatlarından, azərbaycanlı Vahid Ələkbərovun bir neçə gün əvvəl 60 yaşı tamam olub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vahid Ələkbərov ad günüdə təqaüdə çıxdığını da açıqlayıb.
KİV yazır ki, dostları Vahid Yusifoviçi təqaüdə hökumət təmtərağı ilə yola salıblar. Mərasim yubilyarın dostu Araz Ağalarova məxsus “Krokus Siti Xoull”da keçirilib. Qonaqlığın mühafizəsi 200 –dən artıq milisə tapşırılıb. Yubilyarın şərəfinə onun yaşına uyğun olaraq 60 masa açılıb. Sürfədə isə ən nadir delikateslər və təamlar olub; kürüdən tutmuş çoxlarına məlum olmayan xarici ölkə mətbəxinin yeməkləri.
Mərasimdə Rusiya hökuməti və Rus Pravoslav kilsəsi, rus estradasının ulduzlarından Lev Leşşenko, Larisa Dolina və İtaliya estrada ulduzu Eros Ramazotti iştirak ediblər. Ramazottinin mərasimdə iştirakı Ələkbərova 150 min dollara başa gəlib. Bu pula Ramazotti yübilyarın şərəfinə özünün bütün hit mahnılarını oxuyub. Sonda məclisə yanan 60 rəqəmli, güllərlə bəzədilmiş tort gəlib. Qonaqlığın ümumi xərci 4,5 milyon rubl təşkil edib.