Modern.az

Cəhbədə atışma: İki hərbçimiz şəhid oldu

Cəhbədə atışma: İki hərbçimiz şəhid oldu

Təhsil

5 Fevral 2013, 16:48

Azərbaycan Ordusu cəbhədə itkilər verib. Modern.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu şəhid olub.

S. Əlizadə Cəlilabad rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

APA-nın əldə etdiyi məlumata görə, ordumuz cəbhədə daha bir itki verib. Azərbaycan Ordusunun leytenantı Tural Nadir oğlu Əsgərov düşmən gülləsinə tuş gəlib. O, aldığı güllə yarasından şəhid olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı