Modern.az

İlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb

İlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb

Təhsil

11 Mart 2013, 13:28

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 11-də rəsmi qarşılanma mərasimi olub. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Prezident Sarayının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Daha sonra hərbi orkestrin ifasında Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səslənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiya Prezidenti İvo Yosipoviçə təqdim olunub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı