Modern.az

Prezident Zərifə Əliyevanın yubiley mərasiminə qatılıb

Prezident Zərifə Əliyevanın yubiley mərasiminə qatılıb

Education

27 Aprel 2013, 14:31

Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 

Dövlət başçısı təntənəli mərasimdə nitq söyləyib.

Sonra Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa Moşetova, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının kafedra müdiri Alevtina Brovkina, Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman çıxış ediblər

Mərasim Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Daha sonra Prezident İlham Əliyev teatrın foyesində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı