Modern.az

Siyavuş Novruzov yenə müxalifətə “hücum çəkdi”

Siyavuş Novruzov yenə müxalifətə “hücum çəkdi”

Education

13 İyun 2013, 13:03

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini Səyavuş Novruzov müxalifətin ölkədə deputat İqbal Ağazadənin prezident seçkilərinə qədər siyasi məhbusların azadlığa buraxılması tələblərinə etiraz edib. S. Novruzov bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur və həbs olunanlar məhkəmə bitdikdən sonra onlar barədə danışmaq olar. “İki dələduzun tutulması Azərbaycanın imicinə nə təsir göstərə bilər?! Azərbaycanda siyasi məhbus yoxdur. Həbs olunanlar haqqında məhkəmə qərar verəcək”.

Deputat bildirib ki, Avropa Məhkəməsində azərbaycanlılarla bağlı çıxarılan qərarlarda siyasi motivlər çox güclüdür. “Avropa İnsan Haqları Məhkəməsi niyə həkimin, qaçqının problemləri haqqında qərar çıxartmır. Yalnız Azərbaycanla siyasi məsələlər, siyasi problemlərlə bağlı qərar çıxardır”.

S. Novruzov müxalifətin son dövrlərdəki fəaliyyətinə toxunaraq qeyd edib ki, Azərbaycanda müxalifət qüvvələrinin əsas məqsədi seçkilərə kölgə salmaq cəhdidir. “Bütün bunlara baxmayaq, müxalifətin namizədləri də partiyalara qoşularaq öz namizədliyini irəli sürməyə çalışırlar. Müxalifətin bəhanələri 16 oktyabrda başa çatacaq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı