Modern.az

İcra başçısı prezidentin tapşırığını icra edib

İcra başçısı prezidentin tapşırığını icra edib

Təhsil

20 İyul 2013, 11:29


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iyulun 19-da növbəti səyyar qəbul keçirib. Rayonun Alıxanlı kəndində baş tutan görüşdə icra başçısı bu tədbirlərin ölkə rəhbəri İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini deyərək, onların əhəmiyyəti barədə danışıb.

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, kənd sakinlərinin müraciətləri dinlənilib. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məslələrin əksəriyyəti icra başçısının göstərişi ilə yerindəcə həll edilib.  

Alı Alıyev qeyd olunan bütün məsələlərlə bağlı aidiyyatı tapşırıqlar vermiş, ölkə prezidentinin tapşırıqlarının rayonda yüksək səviyyədə yerinə yetirildiyini bildirib, ərazidə görülən işlər barədə məlumat verib.  

Görüşün sonunda icra başçısı belə səyyar görüşlərin bundan sonra da keçirilməsinin məqbul olduğunu bildirərək, vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışıb.
Bildirib ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı