Modern.az

TQDK-dan xəbərdarlıq

TQDK-dan xəbərdarlıq

Təhsil

19 Avqust 2013, 11:33

2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 20-dən 29-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir. Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı