ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 21-22 sentyabr tarixlərində Gəncəyə səfər edib. Səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə, Gəncə yerli seçki komissiyasının nümayəndələri ilə və yerli qeyri-hökumət təşkilatları ilə görüşərək, Azərbaycandakı seçkiqabağı vəziyyəti müzakirə edib.
Səfirlikdən Modern.az-a verilən məlumata görə, Riçard Morninqstar həmçinin ABŞ Sülh Korpusunun könüllüləri ilə görüşüb və onların regionda azərbaycanlı həmkarları ilə işləri haqqında öyrənib.