
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilli fevralın 23-də Ukrayna paytaxtına gəlib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Kiyevdəki Maydanda çıxış edən Saakaşvili etirazçılara bir daha dəstək verib. Onun sözlərinə görə, ukraynalılar tarix yazıblar, dünyanı dəyişiblər, bütün dünyaya dərs veriblər: “Avropanın ürəyi nə Brüsseldə, nə də Berlindədir, Avropanın ürəyi Kiyevdə döyünür. Tale Ukraynda həll olunur”.
Saakaşvilli əlavə edib ki, bu Maydan dünyanı heyrətləndirib: “İndi bir daha heyrətləndirmək lazımdır. Bizi bir daha heyrətləndirin: Uğurlu və azad Ukrayna qurun. Həmişəlik!”
Modern.az