Modern.az

Fransa şəhəri separatçılarla bəyannamə imzalayıb

Fransa şəhəri separatçılarla bəyannamə imzalayıb

Təhsil

24 Fevral 2014, 12:32

Ermənistanın işğal altındakı Xocavənd rayonuun Hadrut qəsəbəsi ilə Fransanın Ven şəhəri arasında dostluq haqqında bəyannamə imzalanıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sənədə Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin “mədəniyyət naziri” Narine Aqabelyan və Ven şəhərinin meri Jak Remile imza atıblar.

Bəyannaməyə görə, iki şəhər arasında dostluq münasibətləri, müxtəlif sferalarda əməkdaşlıq gözlənilir. Bununla yanaşı, heç bir dövlət tərəfindən tanınmayan  “Dağlıq Qarabağ Respublikası”nın  erməni əhalisinin təcrid edilməsinin qəbul edilməzliyi də vurğulanır.

Qeyd edək ki, 2013-cü ildə ermənilər Azərbaycanın işğal altındakı rayonlarından biri olan Xocavənd (ermənilər Martuni adlandırır) rayonu adından da Fransanın Le-Pen şəhəri ilə dostluq müqaviləsi imzalanıb.

Aqşin Kərimov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı