Modern.az

Azər Sarıyev Türkiyədə işə başladı - AÇIQLAMA

Azər Sarıyev Türkiyədə işə başladı - AÇIQLAMA

تحصیلات

5 Mart 2014, 10:52

AzərTAc Dövlət İnformasiya Agentliyinin Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri Azər Sarıyev artıq Türkiyədədir. Bu barədə Modern.az saytına açıqlama verən A.Sarıyev bildirib ki, o İstanbula dünən gəlib və hələ akreditə olunmayıb.
A.Sarıyev akreditasiya üçün bu gün müraciət edəcəyini bildirib. Vətəndən uzaqda darıxdığını deyən Azər Sarıyev oradakı dostların ona yardımçı olduğunu vurğulayıb.
“Konsulluqda dostlar komək edirlər. İstanbuldakı baş konsulumuz Həsən müəllim çox yaxşı adamdır”.
Qeyd edək ki, Azər Sarıyev bir müddət öncə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri vəzifəsidən istefa edib. Azər Sarıyev 1997-1998-ci illərdə “Avrasiya” qəzetində tərcüməçi işləyib, sonra siyasət müxbiri kimi çalışıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. 1999-2003-cü illərdə “Palitra” qəzetində baş redaktor olub. “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə əməkdaşlıq edib. 2003-cü il avqustun 18-dən bu yaxınlaradək Mərkəzi Seçki Komissiyasının şöbə müdiri vəzifəsində çalışıb.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı