Modern.az

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

تحصیلات

5 Mart 2014, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 6-dan 7-nə keçən gecədən başlayaraq, martın 9-dək ölkə ərazisində hava şəraitinin bir qədər dəyişəcəyi, qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Bu müddətdə ölkənin bir sıra rayonlarında hava yağıntılı olacaq. Dağlıq rayonlara qar yağacaq.

Martın 6-da Bakıda və Abşeron yarımadasında gündüz hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Mülayim külək əsəcək. Havanın temperaturu 10-15 dərəcə isti olacaq. Lakin martın 7-si gündüzdən martın 8-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Ötən günlərlə müqayisədə martın 8-də havanın temperaturu 5-7 dərəcə enəcək. Martın 6-da gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 10-15 dərəcə isti olacağı halda, martın 8-də 6-8 dərəcə isti olacaq.

Martın 7-8-də Azərbaycanın Aran rayonlarında havanın temperaturu 10-15 dərəcə, dağlıq ərazilərdə gündüz 1-4 dərəcə isti olacaq.

 

 

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı