Modern.az

“Hər xanım-bir gül” aksiyası keçiriləcək

“Hər xanım-bir gül” aksiyası keçiriləcək

Təhsil

6 Mart 2014, 11:00

Hər il olduğu kimi bu il də 8 mart–Beynəlxalq Qadınlar Günü İçəri Şəhərdə xüsusi təmtaraqla qeyd olunacaq.

Martın 8-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Hər xanım–bir gül” adlı aksiya keçiriləcək. İdarədən Modern.az saytına verilən məlumata görə, ənənəvi olaraq 2011-ci ildən həyata keçirilən aksiyanın əsas məqsədi həmin gün İçəri Şəhərin qonağı olan hər bir xanımın bayram sevincini artırmaqdan ibarətdir. 8 mart günü Qoşa Qala qapısı meydanından girişdə skripkaçı və 2 pantomima aktyoru tərəfindən İçəri Şəhər ərazisinə daxil olan xanımlara skripka musiqisinin müşayiəti ilə bir qızılgül təqdim ediləcək. 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı