Dövlət Duması Krımın Rusiyanın tərkibinə daxil olması məsələsinə baxmaqdan imtina edib. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda Dövlət Dumasının spikeri Sergey Narişkin Krım Ali Sovetinin sədri Vladimir Konstantinovla görüşdə məlumat verib. Onun sözlərinə görə, Dumada bu məsələyə martın 16-na təyin olunan referendumun nəticələri açıqlanandan sonra baxmaq olar:
“Biz Krım əhalisinin tarixi seçiminə hörmətlə yanaşır və həm Krım, həm də Sevastopol əhalisinin azad seçimini dəstəkləyirik”.
Modern.az