Modern.az

Azərbaycan və FAO arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Azərbaycan və FAO arasında əməkdaşlığa dair müqavilə imzalanıb

تحصیلات

7 Mart 2014, 12:52

Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi ilə bağlı müqavilə imzalanıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, növbəti iki il müddətində həyata keçiriləcək layihənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının hazırkı vəziyyətinin qiymətləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının marketinqi və onların rentabelliliyi üzrə tədqiqatların aparılması, mövcud qanunvericiliyin və institusional inkişafın təkmilləşdirilməsi, orqanik kənd təsərrüfatı üzrə milli strateji planın hazırlanması, orqanik kənd təsərrüfatı məhsullarına dair effektiv müfəttişlik və sertifikatlaşdırma sisteminin təşkil edilməsindən ibarətdir. Eyni zamanda, layihə çərçivəsində  Orqanik Kənd Təsərrüfatı üzrə Sənədləşmə Mərkəzinin təşkili, orqanik kənd təsərrüfatı üzrə məlumatların toplanılması və fermerlərə paylanılması, bu sahədə milli potensialın, texniki bacarıqların gücləndirilməsi nəzərdə tutulur. Qeyd olunan tədbirlərin həyata keçirilməsi ölkədə keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarının istehsalının artırılması vasitəsilə  əhalinin sağlam ərzaqla təminatına və ətraf mühitin  qorunmasına öz töhfəsini vermiş olacaqdır.

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı