Modern.az

Ağcabədidə qız qaçırma olayının xoşbəxt nəticəsi: “Toy olacaq”

Ağcabədidə qız qaçırma olayının xoşbəxt nəticəsi: “Toy olacaq”

Təhsil

15 Mart 2014, 14:14


İki gün bundan öncə Ağcabədinin Qaradolaq kəndində evə basqın edərək 21 yaşlı Nərgiz Namazova qaçırılmışdı. Qızı qaçıran həmin kəndin sakini 30 yaşlı Teymur Eyvazov idi. Qaçırılan qızın valideyni və yaxın qohumları isə Teymur Eyvazovdan şikayət edərək, övladlarının zorla qaçırılması ilə bağlı polisə müraciət etmişdilər.

N. Namazovanın xalası oğlu Kənan Qasımov Modern.az-a bildirib ki, artıq iki tərəf arasında barışıq olub.
“Qızın qaçırılması ilə bağlı şikayət ərizəsini də geri götürmüşük. Hazırda Nərgiz Namazova öz evindədir. Yəqin ki, yaxın vaxtlarda toy olacaq. Amma hələ ki tarix bəlli deyil”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Bir neçə ildir ki, Cinayət Məcəlləsində adam oğurluğu ilə bağlı maddə bəzi oğlanların cəsarətini buxovlayıb. Bununla belə, bir sıra hallarda 5 ildən 12 ilə qədər həbs cəzası da, qız qaçırma hallarının qarşını tam almır. 

Gültəkin Ələsgər    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı