Modern.az xəbər verir ki, siyasətdə, sivil toplumda, iş dünyasında aktiv və güclü qadınları mükafatlandıran "4-cü ANGİAD Kadın Platformu"nun tədbirinə Türkiyə, Türk dünyası və müsəlman ölkələrindən bir sıra ictimai-siyasi xadimlər, iş qadınları, qeyri-hökumət və KİV nümayəndələri, iş qadınları qatılıb. Qadınların siyasi, sosial və iqtisadi statusunun güclənməsinin, demokratik inkişafının və toplumsal rifah səviyyəsinin göstəricilərindən olduğunu vurğulayan ANGİAD Yönetim Qurulu başqanı Fatma Semiz dünyanın ən böyük iqtisadiyyatları i arasında yer almağı hədəfləyən Türkiyədə toplumsal cinsi bərabərliyin önəminə diqqət çəki. Fatma Semiz dünyada qadınların hər sahədə iştiraklarının son on ildə önəmli şəkildə artdığını deyərək, amma bunun yetərli olmadığını, hər sahədə qadın və kişilərə bərabər imkanların yaradılmasının vacibliyinə diqqət çəkib.
