Modern.az

Krımın 93 FAİZİ Rusiyaya birləşməyə səs verib-Ekzit poll

Krımın 93 FAİZİ Rusiyaya birləşməyə səs verib-Ekzit poll

Təhsil

16 Mart 2014, 23:00

 

Krımda bu gün Rusiyaya birləşmək üçün keçirilən referendumun ekzit poll nəticələri açıqlanıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımın Siyasət və Sosiologiya üzrə Araşdırmalar İnstitutunun  açıqladığı nəticəyə görə referendumda iştirak edənlərin 93%-i Rusiyaya birləşmək haqqında müddəaya səs verib. Məlumata görə seçicilərin cəmi 7%i 1992-ci il Konstitusiyasının qüvvəyə minməsinə səs verib.   

Qeyd edək ki, Ukraynada Qərb meylli qüvvələr Viktor Yanukoviçi devirəndən sonra Rusiya Krım kartından istifadə edərək bölgəyə qoşun yeritmişdi. Bunun ardınca isə Krım parlamenti Rusiyanın tərkibinə qatılmaq barədə qərar verərək referendum təyin etdi. Bu gün keçirilən referendumu isə Qərb dairələri daxil olmaqla dünya ictimaiyyəti tanımır.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı