Modern.az

Masallıda yanan kişi Bakıda öldü

Masallıda yanan kişi Bakıda öldü

Təhsil

27 Mart 2014, 11:45

Masallı şəhərində 2 otaqlı köməkçi tikilidə baş verən partlayış zamanı xəsarət alan 37 yaşlı Ramin Ələkbərov martın 25-də Bakıda reanimasiyada dünyasını dəyişib.

Bunu Modern.az-a 5 saylı xəstəxananın Respublika Yanıq Mərkəzinin şöbə müdiri Vüqar Ələkbərov deyib:

“Təəssüflər olsun ki, xəsarətləri çox olduğundan yaşaya bilmədi. Onun həyat yoldaşı, İlhamə Ələkbərova, qızı Təhminə  isə əməliyyatsız sağalaraq evə yazıldı”.

Həkim bayram günlərində müraciət edənlərin sayına da aydınlıq gətirib: “Ötən illə müqayisədə yanıqla bağlı müraciət edənlərin sayı çox az olub. Cəmi 5 nəfər ambulator xəstə gəlib ki, onların da vəziyyəti ağır olmayıb”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı