Modern.az saytı xəbər verir ki, pop musiqinin əfsanəsi Maykl Cekson pərəstişkarlarıyla yenidən görüşəçək. Təxminən 5 il əvvəl həyatını itirən məşhur müğənninin yeni albomu satışa çıxacaq.
Mayın 31-də satışa çıxacaq albomun adı "Xscape"-dir.
Albomda Maykl Ceksonun daha əvvəl yazdığı ancaq yayınlamadığ 8 mahnısı yer alacaq.
Qeyd edək ki, bu albom müğənninin ölümündən sonra təqdim olunan ikinci albomudur.
Maykl Cekson 2009-cu ildə həddindən artıq dozası yüksək dərmanlar atması nəticəsində həyatını itirmişdi.
Modern.az