Modern.az

Elnur Aslanovun tabeliyində cəmi 7 işçi var

Elnur Aslanovun tabeliyində cəmi 7 işçi var

Образование

3 Aprel 2014, 12:13


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyinat alan Elnur Aslanov medianın gündəmindən düşmür. Bəzi KİV-lər Elnur Aslanovun Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindəki fəaliyyətini araşdırmaqda davam edirlər.

Modern.az saytı isə Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rəhbərlik edəcəyi Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin fəaliyyəti haqda bilgiləri təqdim edir.

Nazirlikdən verilən məlumata görə, Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsi 2005-ci ildə yaradılıb. Şöbə rabitə və (telekommunikasiya poçt) və informasiya texnologiyaları sahəsində dövlət elmi-texniki siyasəti formalaşdıran, (təkliflər hazırlayan) həyata keçirən, rabitə və informasiya texnologiyalarının elmi inkişafının təmin edilməsində iştirak edən struktur tərkibi kimi fəaliyyət göstərir.

Şöbə müdiri həmin vəzifəyə nazirin əmri ilə təyin edilir və vəzifədən azad edilir. Bu isə o deməkdir ki, Elnur Aslanovun əmrini rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov verib.

Nazirlikdən bildirilib ki, Elnur Aslanovun şöbəsində hazırda özündən əlavə 7 nəfər çalışır.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı