
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının aprelin 4-də Moskvada keçiriləcək iclasında iştirak edəcək.
Modern.az