Bu gün Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatı, ATƏT PA-nın Büro üzvü, həmçinin qurumun Təhlükəsizlik və siyasi məsələlər Ümumi Komitəsi sədrinin müavini Azay Quliyev Danimarkanın Kopenhagen şəhərinə səfərə yola düşəcəklər.
MM-in mətbuat xidmətindən verilən mılumata görə, deputatlar qurumun Büro iclasında iştirak edəcəklər.Həmin məruzə və qətnamə layihələrini Büro üzvlərinə qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzəçiləri təqdim edəcəklər.
Milli Məclis sədrinin müavini Bahar Muradova Büro iclasında çıxış edərək ATƏT PA-nın cari il iyunun 28-dən iyulun 2-dək Bakıda keçiriləcək 23-cü illik sessiyasına hazırlığın gedişi barədə ətraflı məlumat verəcək.
İclasda ATƏT PA-nın seçkilərdəki müşahidəçilik missiyası, həmçinin qurumun Xüsusi komitələrinin və Xüsusi nümayəndələrinin fəaliyyəti və digər məsələlər barədə də informasiya veriləcək.
Səfər aprelin 8-də başa çatacaq.
Modern.az