Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anna Brasser Azərbaycan və Ermənistan parlamentarilərinin birgə işləyəcəyinə ümid edir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, bunu AŞPA-nın yaz sessiyasının açılışı ərəfəsində keçirilən mətbuat konfransında bəyan edib:
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərini Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün bir yerə yığa biləcəyik”.
