Modern.az

BDU-da elmi seminar keçirilib

BDU-da elmi seminar keçirilib

Education

17 Aprel 2014, 14:05

BDU-nun "Beynəlxalq Münasibətlər və İqtisadiyyat" fakültəsində  “Dünya İqtisadiyyatının inkişaf meylləri və Azərbaycan iqtisadiyyatında dəyişiklərə zəminlər” mövzusunda elmi seminar keçirilib. Modern.az-ın məlumatına görə, elmi Seminarda fakültənin professor-müəllim heyəti, magistrantlar, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, dosent Elşad Səmədzadə iştirak ediblər.

Seminarı giriş sözü ilə açan fakültənin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Yadulla dünya iqtisadiyyatında baş verən inkişaf meylləri və bunun fonunda Azərbaycanda inkişafa zəminlərlə bağlı elmi müzakənin əhəmiyyətini qeyd edib. Sonra fakültənin magistrantları Rəfiqə Həmzəyeva “Beyin axını və Azərbaycanda inkişafına zəminlər”, Rəşad Qasımov “Böhranların aradan qaldırılmasında bankların rolu”, Aysel İmanova “Əhali gəlirlərində əmək haqqının xüsusi çəkisi və onun dəyişmə meylləri”,  Fatma Musayeva  “Gömrük  rüsumlarının dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında rolu”, Nəzrin Rüstəmbəyova“ Marketinqin Azərbaycanda inkişafı zəminləri”, Mahmud  Abdullayev“Kənd təsərrüfatının Azərbaycanda inkişafı zəminləri”, Tofiq Məlikli“İnhisarçılıq və onun aradan qaldırılmasında zəminlər”, Sabir Hacıyev“İnsan kapitalının müdafiəsi və işsizlik” mövzüsunda məruzələr ediblər. Çıxışlarelmi-praktikseminarıniştirakçılarıtərəfindənmaraqlaqarşılanıb.                                                                                                    

Sonda “İqtisadiyyat və İdaəetmə” kafedrasının müdiri, professor Amil Məhərrəmov, “Dünya İqtisadiyyatı” kafedrasının müdiri, professorHacıağaRüstəmbəyov, dosent MehribanYadullavə dosent Elşad Səmədzadə magistrantlara çıxışları ilə bağlı sual və təkliflərini veriblər.

 

  Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı