Modern.az

Fuad Muradov Şəmkirdə beynəlxalq şahmat turnirini izləyib - FOTO

Fuad Muradov Şəmkirdə beynəlxalq şahmat turnirini izləyib - FOTO

Təhsil

23 Aprel 2014, 10:30

Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov Şəmkirdə Heydər Əliyev Mərkəzində Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess- 2014” şahmat turnirinin təntənəli açılış mərasimində iştirak edib. Modern.az xəbər verir ki, millət vəkili turnirin təşkilati işləri ilə maraqlanıb və şahmatçılarla görüşüb. Azərbaycanda tarixən şahmata böyük diqqətin olduğunu deyən deputat ölkəmizdə bu idman növünün inkişaf etdiyini vurğulayıb. Azərbaycan yığmasının Avropa çempionu olmasını, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Azərbaycanda keçirilməsini dövlətin şahmata olan diqqətinin bariz nümunəsi olduğunu deyib. Xatırladaq ki, nüfuzlu yarışa ulduz şahmatçılar qatılıblar. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, beynəlxalq reytinq siyahısında üst pillələrdə olan Fabiano Karuana, Hikaru Nakamura, Sergey Karyakin, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı