Dünən Gəncədə evlənən gənclərin təşəbbüsü ilə onların nigah mərasimi Gəncənin Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb.
Modern.az saytının məlumatına görə, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən yeni ailə quran cütlüklərin nigahı qeydə alınaraq onlara nigah haqqında şəhədətnamə təqdim edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından bəylə gəlinə qızıl və xalça hədiyyəsi təqdim edilib.
Modern.az