Modern.az

Jerar Departiye Fransa telekanalında Azərbaycanı tanıdıb

Jerar Departiye Fransa telekanalında Azərbaycanı tanıdıb

تحصیلات

5 May 2014, 12:48


Fransada və bir çox ölkədə yayımlanan “Arte” televiziya kanalında Azərbaycandan bəhs edən 54 dəqiqəlik “Qafqaza qayıdış” filmi nümayiş olunub.  Filmin əsas süjet xəttini 1850-ci ildə Azərbaycana səfərindən sonra 1858-ci ildə “Qafqaza səyahət” əsərini çap etdirən məşhur fransız yazıçısı Aleksandr Dümanın  gəzdiyi yerlər barədə fransız tamaşaçılarına ətraflı məlumatlar təşkil edib. Filmin ərsəyə gəlməsində müstəsna xidmətlərindən olan şəxslərdən biri də dünyaca tanınan aktyor Jerar Departiyedir.
Modern.az-ın verdiyi xəbərə görə Departiye rəssam Matyo Sapan adlı rəssam dostu ilə  yazıçının Azərbaycanda olduğu bütün yerlərə baş çəkib. Departiyenin Bakıdakı “Neft daşları”ndan tutmuş Şamaxı, Şəki, Qafqaz sıra dağlarının ətəkləri və. s yerlərdə olduğu 54 dəqiqəlik filmdə göstərilib.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı