Modern.az

ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub

ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub

Təhsil

15 May 2014, 17:20

A.Lokke: “Azərbaycan təkcə neft-qazla yox, həm də insan resursları ilə zəng olan bir ölkədir”

 

Bu gün ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Modern.az xəbər veri ki, onlar BAMF sədri Umud Rəhimoğlu, “Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhimov, “Avrasiya Kredit” - Bank olmayan MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunin iştirakı ilə geniş görüş keçiriblər. U.Rəhimoğlu BAMF-ın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə  qonaqlara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan problemlərə də toxunub. Digər təşkilat rəhbərləri də gördükləri işlər və gələcək planları haqqında danışıblar. Söhbət zamanı R.Miglori bu görüşdən çox məmnun qaldığını deyib: “Biz siyasətçilər peşə fəaliyyətimizlə əlaqədar çox zaman cəmiyyətdən uzaq düşürük. Bu gün çox şadam ki, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə bir aradayam və bundan çox məmnunam. Gördüyünüz işlər, həyata keçirdiyiniz layihələr barədə məlumatları dinlədim. Çox vacib işlər görürsünüz, bunlara görə  sizlərə təşəkkür edirəm!” Eyni zamanda Mikro Kredit üzrə İtaliya Daimi Komitəsinin üzvü olan A.Lokke görülən işlərlə bağlı eşitdiklərindən bu təşkilatlara heyran olduğunu deyib: “Mən sizlərin gördüyü işlərə heyran oldum! Kənardan Azərbaycan deyəndə daha çox bu ölkədəki neft, qaz, enerji resursları yada düşür, amma bu gün şahidi oldum ki, Azərbaycan həm də insan resursları ilə zəng olan bir ölkədir” Hər iki qonaq BAMF-la, eləcə də digər təşkilatlarla mədəniyyət, təhsil və sahibkarlığın inkişaf etdirilməsi sahəsində  əməkdaşlıq etmək niyyətlərində olduqlarını deyiblər.

Görüşdə birgə əməkdaşlığın istiqamətləri də geniş müzakirə edilib.

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı