ABŞ prezidenti Barak Obama Ukraynada prezident seçkilərinin baş tutması ilə bağlı bu ölkənin xalqına təbrik ünvanlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. ABŞ dövlət başçısının bununla bağlı Ukrayna xalqına ünvanladığı təbrik məktubunda deyilir:
“Bütün amerikalılar adından Ukrayna xalqını təbrik edirəm. Onlar prezident seçkilərinin keçirilməsinə nail oldular. ABŞ növbəti Ukrayna prezidenti ilə işlərin qurulmasında maraqlıdır. Biz əhəmiyyətli siyasi və iqtisadi islahatların keçirilməsində Ukraynanın səylərini dəstəkləyirik. ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”. Qeyd edək ki, may ayının 25-də Ukraynada keçirilən prezident seçkisinin nəticəsi ilə bağlı keçirilən ekzit-pollun nəticələrində görə oliqarx Pyotr Proşenkonun qalib gəldiyi bildirilir.Modern.az