Modern.az

Əhməd Davudoğlu baş nazirliyə rəsmən namizəd oldu

Əhməd Davudoğlu baş nazirliyə rəsmən namizəd oldu

تحصیلات

21 Avqust 2014, 20:56

 

Bu gün Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında İdarə Heyətinin iclası keçirlib.

Modern.az saytı xəbər verir ki, toplantıda Türkiyənin yeni baş nazirliyinə və AKP sədrliyinə namizədin  adı açıqlanıb.  

Türkiyənin yeni prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan hökumət başçısının adını açıqlayıb. O bildirib ki, bundan sonra Türkiyənin 62-ci hökumətinə rəhbərlik etməyə ən layiqli namizəd xarici işlər naziri Əhməd Davudoğludur. 

Onu da bildirək ki, Əhməd Davudoğlu avqust ayının 27-də AKP-nin qurultayında hakim partiyanın sədri və baş nazir seçiləcək. 

Qeyd edək ki, Əhməd Davudoğlu 2009-cu ildən Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir.


Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı