Modern.az

Qarabağ separatçıları Rusiya bazarında şərab satışını genişləndirir: “Sərhəddə problem olmur”

Qarabağ separatçıları Rusiya bazarında şərab satışını genişləndirir: “Sərhəddə problem olmur”

Education

28 Avqust 2014, 12:56


Dağlıq Qarabağdakı separatçı rejim istehsal etdiyi şərabları Rusiya bazarında satış üçün çoxaltmaq niyyətindədir.

Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın Rusiaydakı ticarət nümayəndəsi Karen Asoyan deyib. Onun sözlərinə görə Rusiya mütəxəssisləri separatçı qurumda istehsal olunan şərabların keyfiyyətini və istehsalat səviyyəsini yüksək qiymətləndirir.

Karen Asoyan onu da bildirib ki, Dağlıq Qarabağdan Rusiyaya şərab gətirmək üçün sərhəddə heç bir problem yaranmayacaq. “Keyfiyyət yüksək olduğuna görə sərhəddə heş bir problem olmayacaq”.  

Erməni ticarət nümayəndəsi söyləyib ki, Ermənistan ixrac məsələsində qondarma quruma dəstək verir.  

Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış tanınmamış rejimin iqtisadiyyat sahəsindəki birinci təxribatı deyil. Bundan əvvəl də Dağlıq Qarabağda istehsal edilən şərabların Rusiya, hətta Avropa bazarlarına ayaq açması haqqında məlumatlar verilib. Separatçı rejim Rusiya bazarlarına konservləşdirilmiş mürəbbə və digər məhsullar da göndərir.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı