Modern.az

“Avro-2016”nın seçmə oyunları başladı

“Avro-2016”nın seçmə oyunları başladı

تحصیلات

8 Sentyabr 2014, 09:28


Ötən gecə futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin oyunlarına start verilib.

Modern.az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 oyun keçirilib.

“Avro-2016”nın ilk seçmə oyunları Azərbaycan azarkeşləri üçün dıə maraqlı olub. Belə ki, qonşularımız Gürcüstan Tiflisdə İrlandiya ilə, Ermənistan isə səfərdə Danimarka ilə qarşılaşıb.

D qrupu

Almaniya – Şotlandiya - 2:1
CəbəllütariqPolşa - 0:7 
Gürcüstan - İrlandiya - 1:2
 
F qrupu

Farer Adaları – Finlandiya - 1:3
Yunanıstan - Rumıniya - 0:1
Macarıstan – Şimali İrlandiya - 1:2
 
İ qrupu

Portuqaliya - Albaniya - 0:1
DanimarkaErmənistan - 2:1

Qeyd edək ki, Azərbaycan milli komandası “Avro-2016”nın ilk seçmə oyununu sabah- sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcək. Oyun Bakıda baş tutacaq.

Modern
.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı