Modern.az

Müsavat başqanlığına hansı namizəd mühafizəçi saxlayacaq?

Müsavat başqanlığına hansı namizəd mühafizəçi saxlayacaq?

Təhsil

16 Sentyabr 2014, 11:43


Sentyabr ayının 27-də Müsavat Partiyası qurultay keçirməyi planlaşdırır. Partiyanın qurultayının keçirilməsi üçün məkan problemi olsa da, Müsavat bu dəfə illərdən bəri gözlənilən tədbirin baş tutmasında israrlı görünür. Neçə ildir başqan postunda əyləşən İsa Qəmbəri Müsavatda sədrliyə dörd namizəddən biri  – Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoy- əvəz edəcək.

Dörd iddialı şəxs təbliğat kampaniyaları, özlərinin platformaları ilə bağlı açıqlamalar verib və görünən odur ki, onların hər biri başqanlıq uğrundakı mübarizədən geri çəkilən deyillər.

Digər bir məsələ isə dörd namizəddən birinin partiyaya rəhbər seçiləcəyi təqdirdə onların mühafizədən istifadə etməsi ilə bağlıdır.

Onlardan hansı mühafizə xidmətinin köməyindən istifadə etməyi lazım bilir? Modern.az mövzu barədə namizədlərdən açıqlama alıb.

Tural Abbaslı bildirib ki, mühafizə başqanların şəxsi istəyindən irəli gələn məsələ deyil və cangüdəndən istifadə məcburidir. “Başqanın mütləq bir mühafizəçisi olmalıdır. Bu, məcburiyyət halına gələcək. Müsavat başqanının təhlükəli vəziyyətlərə düşməməsi üçün bu addımın atılması təbii tələbatdan irəli gəlir. Müsavat Partiyasında uzun illərdir bununla bağlı formalaşmış qaydalar var. Bu qaydalar dəyişmədən qalmalıdır və davam etməlidir. Mühafizənin olması adi protokol qaydasıdır, təşkilati məsəlidir”.

Arif Hacılı isə heç vaxt mühafizədən istifadəyə üstünlük vermədiyini deyib. Bununla belə, Arif Hacılı başqan olacağı təqdirdə cangüdən xidmətindən yararlanmağı da istisna etməyib. Başqanlığa namizəd söyləyib ki, mühafizə məsələsi partiyanın qərarından asılı olacaq.

Qubad İbadoğlu məsələnin siyasi şəraitdən asılı olduğunu qeyd etsə də, özünün bu barədə heç düşünmədiyini vurğulayıb. “İndiki halda isə, özümü o qədər də təhlükəli şəraitdə hiss etmirəm. Mühafizədən istifadədən heç düşünməmişəm”.

Səxavət Əlisoy isə birmənalı olaraq cangüdəndən istifadə etməyəcəyini bəyan edib. “Özümə heç bir təhlükə hiss etmirəm. Ona görə də mühafizədən istifadə etməyəcəyəm”.

Aqşin Kərimov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı