
Sentyabrın 15-də saat 18 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
Modern.az saytı Daxili İşlər Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. Zavodun işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Modern.az