Modern.az

Sərdar Cəlaloğlu müxalifətlə bağlı yeni nəzəriyyənin ANONSUNU verdi

Sərdar Cəlaloğlu müxalifətlə bağlı yeni nəzəriyyənin ANONSUNU verdi

تحصیلات

18 Sentyabr 2014, 11:11


“ADP-də keçirilən müxalifətin böyük toplantısından böyük gözləntilərimiz var. Eyni siyasi xətti müdafiə edən qüvvələrin bir araya gəlməsi üçün zəmin yaranacaq”.

Bunu Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu ötən gün müxalifət partiyalarının bir araya gələrək demokratiyanı müzakirə etməsinə münasibət bildirərkən deyib. O, bu diskussiyaların perspektivini şərh edərkən söyləyib ki, Azərbaycanda demokratikləşmə ilə bağlı yeni nəzəriyyənin yaranmasına imkanlar yaranacaq. ADP sədrinin sözlərinə görə, hadisələrə intellektual yanaşmaların nümunəsi də yaranacaq. Sərdar Cəlaloğlu görüşün müxalifətin yeni bir siyasi birliyi üçün zəmin yaradacağına isə tərəddüd edir:

“Mən yeni bir ittifaqın yaranmasını vacib hesab edirəm. Amma vaxtı qabaqlamaq lazım deyil. Çünki uzun müddətdir müxalifət dağınıqdır. Müxalifətdə ciddi fikir ayrılıqları var. Ona görə yeni ittifaqla bağlı məsələləri gündəmə gətirmək vaxtından əvvəl addım olardı”.  

Xatırladaq ki, sentyabrın 17-də ADP-də müxalifət partiyalarının böyük toplantısı olub.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı