Modern.az

“Məndən soruşdular ki, bu paltarı geyinərsinizmi?" - Qənirə Paşayeva

“Məndən soruşdular ki, bu paltarı geyinərsinizmi?" - Qənirə Paşayeva

Təhsil

18 Sentyabr 2014, 11:43

Qənirə Paşayeva,
millət vəkili

Qaqauziya...Özümü sanki öz evimdəki kimi hiss edirəm. Qanı qanımızdan, dili dilimizdən olan qardaş-bacılarımız insanı o qədər səmimiyyətlə qarşılayırlar ki...  Qaqauz türkləri demək olar ki bizimlə eyni ləhşcədə danışır,çox az fərqlər var. Fərqimiz sadəcə onların xristian, bizim isə islam dinində olmamızdır.

Adət-ənənələrin əksəriyyəti eynidir. Çox qonaqpərvərdirlər. Mənə Qaqauz türkü qadınlarının milli geyimini hədiyyə etdilər və sonra çox incə bir şəkildə “geyinərsinizmi” deyə soruşdular və mən də həmən “əlbəttə, böyük məmuniyyətlə” dedim.

Fotonu çəkəndə “tam bir Qaqauz türkünə bənzəyirsiniz” dedikləri zaman “doğrudur siz də Azərbaycan türklərinə çox bənzəyirsiniz” dedim və gülüşdük.

Qaqauziya və Qaqauz türkləri ilə bağlı kitabımı inşallah dekabr ayında təqdim edəcəm və inanıram ki, insanlarımız üçün maraqlı olacaq.Hər kəsə Qaqauziyadan salamlar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı