Modern.az

“Onlar BMT-nin tanıdığı ölkələrin sərvətlərini mənimsəməkdə utanmırlar...”

“Onlar BMT-nin tanıdığı ölkələrin sərvətlərini mənimsəməkdə utanmırlar...”

Təhsil

20 Sentyabr 2014, 09:44

“Bu gün dünyada çox təhlükəli proseslər gedir. Bu o həddə çatıb ki, hətta ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən əraziləri tanınan ölkələrin sərhədlərinin dəyişdirilməsindən, sərvətlərinin mənimsənilməsindən belə utanmırlar”. 

Bunu Modern.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı Avropa Parlamenti Azərbaycan ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib. 

  Onun sözlərinə görə, Azərbaycanın güclənməsi bəzi güclərin xoşuna gəlmir: “Azərbaycan gücləndikcə ölkəmizin və dövlətimizin təhlükəsizlik konsepsiyası və doktirinası daha da gücləndirilir. Bu da əlbəttə qeyd etdiyim qüvvə və güclərin xoşuna gəlmir. Ölkəmizə qarşı güclü təzyiqlər edirlər. Bu sonuncu qətnamənin də mahiyyətində bu dayanır”.  

 Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə qətnamə qəbul edib. Qətnamədə Azərbaycanda insan haqları, demokratiya məsələləri ilə bağlı vəziyyət tənqid olunub. Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı Avropa Parlamentinə etiraz edərək, qətnaməni qeyri-obyektiv və əsassız adlandırıb.  

 Rufanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı