
Modern.az-ın məlumatına görə, bu gün Bakının 2 orta məktəbində (47 və 258 saylı) müəllimlərin sınaq qiymətləndirilmə imtahanı keçiriləcək.
Xatırlada ki, ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim sınaq qiymətləndirilmədə iştirak edir.
Qeyd edək ki, ötən sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28825 müəllimi iştirak edib. Bu isə Bakı şəhərindəki məktəblərdə çalışan müəllimlərin 96 faizini təşkil edir.
Sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Qənaətbəxş nəticə göstərmiş müəllimlərdən 18,2 faizi yüksək bal toplayanlardır.
Öz ixtisası üzrə 35 və daha çox bal toplamış müəllimlərin maaşının artacağı gözlənilir.
Məltəm Talıbzadə