Modern.az

Rafet El Roman soyadını dəyişdirdi

Rafet El Roman soyadını dəyişdirdi

Təhsil

24 Sentyabr 2014, 10:11


Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəxsiyyət vəsiqəsində soyadı Yaşdut olan tanınmış türk müğənnisi Rafet El Roman 4 illik hüquqi mübarizədən sonra rəsmi olaraq “El Roman” olub.

O, bu günə qədər müğənni olaraq istifadə etdiyi soyadını artıq rəsmi şəkildə istifadə edə biləcək. Eyni zamanda Tuğba Altıntopdan olan qızları Su və Şəvvalın, həmçinin əvvəlki həyat yoldaşı Yeşim Əryıldırımdan olan oğlu Edvanın da soyadları El Roman olaraq dəyişdirib.

  Sənətçi bu arzusunu ailə üzvləri və qohumlarının qarşı çıxmalarına baxmayaraq reallaşdırıb.  

Qeyd edək ki, Rafet El Roman “El Roman” adını 1400-cü illərdə yaşayan ispan nağıl qəhrəmanın Elromanonun həyat hekayəsindən təsirlənərək götürüb.      

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı