Modern.az

Ərdoğan: “İŞİD-lə mübarizəyə siyasi, hərbi dəstək verəcəyik”

Ərdoğan: “İŞİD-lə mübarizəyə siyasi, hərbi dəstək verəcəyik”

Təhsil

24 Sentyabr 2014, 10:38


ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin İŞİD-ə qarşı mübarizədə ön sıralarda yer alacağını deyib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kerri bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Valdorf Astoria otelində etdiyi ikitərəfli görüşdən sonra Terrorla Mübarizə Qlobal Forumunda danışıb.  

O, ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı yaradılan koalisiyada Türkiyənin ön cəbhədə yer alacağını bildirib. Dövlət katibi, İŞİD-ə qarşı koalisiyada olan hər bir ölkənin böyük rol oynayacağını deyib.  

Xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin İŞİD-ə qarşı mübarizədə indiyə qədər 75 ayrı ölkədən gələn xarici xadimləri deportasiya etdiyini və 6000 nəfərlik şübhəli siyahısının da meydana gəldiyini açıqlayıb.  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Nyu-Yorkda jurnalistlərə veridiyi açıqlamada İŞİD-ə qarşı aparılan əməliyyatlara müsbət baxdıqlarını ifadə edib: “Hədəflərin haradan və necə vurulduğu barədə məlumatlar bizə dəqiq olaraq deyilmir. Amma İraq və Suriyada İŞİD hədəflərinə qarşı aparılmış hücumları biz müsbət qarşılayırıq. Bu hücumların davam etməsini də dəstəkləyirik. Terrorla mübarizədə üzərimizə hansı vəzifə düşəcəksə onu da yerinə yetirəcəyik. Siyasi və hərbi dəstək də göstərəcəyik”.  

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı