Modern.az

Bakı muzeylərinə giriş pulsuz olacaq

Bakı muzeylərinə giriş pulsuz olacaq

Təhsil

26 Sentyabr 2014, 09:40

Sentyabr 27-də muzeylərə “açıq qapı” günü elan olunacaq. Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə)  saat 10-dan etibarən giriş pulsuz olacaq. (açıq qapı) elan olunacaq.

Dünya turizm gününün qeyd olunması münasibəti ilə  sentyabrın 27-də axşam saatlarında İçəri şəhər (Qız Qalası yaxınlığında) saat 17:00-dan, Qubernator bağı 19:00-dan və Fəvvarələr meydanı ərazisində saat 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı caz musiqisinin ifa edilməsi nəzərdə tutulub.

Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı