Modern.az

Səfir Elman Abdullayev hələ Bakıdadır: “Efiopiyaya tam yerləşməmişəm”

Səfir Elman Abdullayev hələ Bakıdadır: “Efiopiyaya tam yerləşməmişəm”

Təhsil

26 Sentyabr 2014, 12:27


“Efiopiyaya tam yerləşməmişəm. Çünki bir sıra texniki məsələlər var. Bu məsələlər bitəndən sonra ailəmlə birlikdə Efiopiyaya yollanacam”. Bunu Modern.az  saytına bu yaxınlarda Efiopiya Federativ Demokratik Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olunan Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Elman Abdullayev deyib.

Elman Abdullayev buna qədər Efiopiyada olmayıb: “Amma təbii ki, həmin ölkə haqqında məlumatlıyam. Bilirsiniz ki, bizim iki missiyamız var. Cənab prezident İlham Əliyev məni Efiopiyada Azərbaycanın səfiri  olmağımla yanaşı, eyni zamanda, Afrika İttifaqı yanında daimi nümayəndə kimi də təqdim edib. Bu, olduqca əhəmiyyətli və vacib bir istiqamətdir. Azərbaycanın xarici siyasətində daimi olaraq bizim diplomatiya coğrafiyamız genişlənir və bu regionla da tam əlaqələr yaradırıq. Afrika İttifaqı önəmli təşkilatdır”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı