
Layihənin əsas məqsədi iştirakçılara interaktif təlim modelləri haqqında ətraflı məlumat vermək, informasiya texnologiyalarını və internetdən istifadəni öyrətməklə onları informasiya cəmiyyətinə qoşmaq və gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliğini təmin etmək, RFID, Zigbee, M2M kimi proqramları gənclərimiz arasında tanıtmaq, müxtəlif fəaliyyət, təşəbbüs və tədbirlərin sosial media vasitəsilə dəstəklənməsi və təbliğ edilməsi istiqamətində təməl bacarıq və vərdişlər formalaşdırmaqdan ibarət olub.
Layihə çərçivəsində təlimlər və qısa kurslar, seminarlar, komandalar halında yarışlar, təqdimatlar, müzakirələr, praktiki çalışmalar, məlumat və informasiya xidməti, foto ve video çəkilişlər, müsahibə alma və hazırlama metodları kimi fəaliyyət növlərindən istifadə edilib.
İnteraktiv təlim metoduna keçidin zəruriliyi və onun qarşıya qoyduğu imkanlar, müasir dövrdə informasiya texnologiyalari və internet inkişaf etmiş ölkələrdə priotitet sahə olması, günümüzdə informasiya cəmiyyətinə keçidin zəruriliyi, bütün dünya ölkələrinin informasiya yarışında olduğu bir vaxtda Azərbaycan torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistanla informasiya müharibəsindən qalib çıxmasının mühim əhəmiyyət kəsb etməsi, xəbər alma və xəbər ötürmə prosessinin getdikcə daha çox internet üzərindən gerçəkləşməsi bu layihəni daha da əhəmiyyətli edib.
Modern.az