Modern.az

Dövlət Bayrağı günü ilə bağlı 2 gün iş olmayacaq

Dövlət Bayrağı günü ilə bağlı 2 gün iş olmayacaq

Təhsil

9 Oktyabr 2014, 13:47



Dövlət Bayrağı günü ilə əlaqədar Azərbaycanda iki gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Dövlət Bayrağı günü münasibətilə noyabrın 9-u qeyri-iş günüdür. Lakin bu tarix bazar gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 10-da da istirahət edəcəklər. Beşgünlük iş həftəsi ilə işləyən vətəndaşlar üçün isə 3 gün - noyabrın 8, 9 və 10-u istirahət günü olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.

Qeyd edək ki, noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Milli Dirçəliş Günü - noyabrın 17-si də iş günüdür.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı