Modern.az

Qarabağ separatçıları İtaliyada sərgidə iştirak edir

Qarabağ separatçıları İtaliyada sərgidə iştirak edir

Образование

10 Oktyabr 2014, 11:03


İtaliyanın Rimini şəhərində təşkil edilən “TTG Incontri” beynəlxalq turizm sərgisində Dağlıq  Qarabağdakı separatçı rejim də təmsil olunub. Modern.az saytı  Ermənistan KİV-nə istinadla xəbər verir ki, sərgidə iştirak edən Ermənistan və separatçı rejimin nümayəndələri Qarabağın guya erməni torpaqları olması barədə broşüralar paylayacaq.

Ermənistan mətbuatının yazdığına görə bu sərgi həm də Dağlıq Qarabağdakı separatçı rejimin İtaliya turizm bazarındakı yerini möhkəmləndirəcək. Bununla yanaşı, bu sərginin Ermənistanda və Dağlıq Qarabağda turizmin inkişafın stimul verəcəyi də qeyd olunub.

Qeyd edək ki, oktyabrın 9-da başlayan sərgi bu ayın 11-dək davam edəcək.  

Aqşin Kərimov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı