Modern.az

Türkiyənin illərdir axtardığı PKK-nın ən təhlükəli komandiri tutuldu

Türkiyənin illərdir axtardığı PKK-nın ən təhlükəli komandiri tutuldu

Təhsil

13 Oktyabr 2014, 11:35



Türkiyənin illərdir axtardığı, qaçırılan əsgər və polislərin bir hissəsinin edam əmrini verən “Sufi” kod adlı Səlahəddin Dilək Suruçda nəzarətə alınıb.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kobanidə İraq Şam İslam Dövləti (İŞİD) ilə döyüşlərdə yaralanan YPG-lilər Türkiyədə müalicə olunurlar. Sərhəd qapısından xərəklərlə keçirilən YPG-lilərin fotoşəkilləri çəkilərkən, barmaq izləri də alınır.

Məlumatda qeyd edilir ki, bu əməliyyatlar əsnasında Türkiyənin illərdir axtardığı, qaçırılan əsgər və polislərin bir hissəsinin edam əmrini verdiyi “Sufi” kod adlı Səlahəddin Diləyin Suruçda müalicə aldığı müəyyənləşdirilib. Dilək xüsusi hərəkat qüvvələri tərəfindən Suruçdakı xəstəxanada nəzarətə alınaraq oradan çıxarılıb. Diləyin hara aparıldığı barəsində hər hansı bir şərh verilməyib. Kobanidə İŞİD və YPG gücləri arasında çıxan silahlı qarşıdurmada yaralanan Dilək Urfa Suruç Dövlət Xəstəxanasına müalicə olunurdu.

“Sufi” kod adı ilə tanınan Səlahəddin Dilək Mardində anadan olub. PKK terror təşkilatına 1995-ci ildə Almaniyadan qatılıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı